Rusiya Prezidenti Putin İran Prezidenti Məsud Pezeşkyanla telefon danışığı aparıb.
AzPost bildirir ki, bu barədə XİN məlumat yayıb.
Telefon danışığı zamanı İran Prezidenti Kiyevin Novqorod vilayətindəki Rusiya prezidentinin iqamətgahına təşkil etdiyi genişmiqyaslı pilotsuz təyyarə hücumunu pisləyib.
Həmçinin enerji və nəqliyyat infrastrukturu da daxil olmaqla müxtəlif sahələrdə Rusiya-İran əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İranın nüvə proqramı ilə bağlı vəziyyət də müzakirə olunub.
Məsud Pezeşkyan Vladimir Putini qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib.