“Vladimir Putinin səhhətində heç bir problem yoxdur”.
Azpost.info bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının xəstəxanaya getməsi ilə bağlı məlumatı TASS-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya prezidentinin Mərkəzi Klinik Xəstəxanada müntəzəm müayinələri adi tibbi müayinələrdir: “Bu hər hansı bir sağlamlıq problemi ilə bağlı deyil. Gündəlik profilaktikaya dair müntəzəm tibbi müayinələri nəzərdə tuturuq”.
Hökumət üzvləri ilə görüşdə Putin bildirib ki, o, müntəzəm olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçir. Bu, bütün ölkə ərazisində aparılan mövsümi qrip peyvəndi kontekstində müzakirə olunub. Rusiya prezidenti bildirib ki, Mərkəzi Klinik Xəstəxananın həkimləri rus dərmanı ilə peyvənd etməyi məsləhət görürlər.
Mərkəzi Klinik Xəstəxana Rusiya Federasiyası Prezidentinin Administrasiyasının tabeliyindədir.