Xaricdə Rusiya imperiyasına məxsus nə qədər əmlak var?- Putin hamısının tapılmasına göstəriş verdi

Vladimir Putin SSRİ və Rusiya imperiyası dövründə Rusiyaya məxsus xarici daşınmaz əmlakın axtarışı, qeydiyyatı və hüquqi mühafizəsi üçün vəsait ayrılması haqqında fərman imzalayıb.

Azpost.info xəbər verir ki, sənədə əsasən, bu məsələ ilə Prezident Administrasiyası və Rusiya Xarici İşlər Nazirliyi məşğul olacaq.

Bu məqsədlər üçün subsidiya Rusiya Prezidenti Administrasiyasının bir hissəsi olan Xaricdə Əmlakın İdarə Edilməsi Müəssisəsinə yönəldiləcək.

Ayrılan vəsait Rusiyanın, keçmiş Rusiya İmperiyasının, keçmiş SSRİ-nin daşınmaz əmlakının axtarışı, hüquqların düzgün qeydiyyatı və bu əmlakın hüquqi müdafiəsi ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulub.

2021-ci ildə xarici daşınmaz əmlak axtarışının subsidiyalaşdırılması qaydalarına düzəlişlər edilib və bu proses vəsaitlərin ayrılması üçün əsas olmaqdan çıxıb. Yeni fərman subsidiya mexanizmini qaytarır, xüsusi səlahiyyətli müəssisəyə xaricdə Rusiya aktivlərinin axtarışı və hüquqi müdafiəsini təmin etməyi nzərdə tutur.

2024-cü ilin yanvarında Aİ ölkələri Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən əldə edilən 300 milyard dollar vəsaitin Ukraynanın maraqları üçün istifadə edilməsi təklifini həyata keçirməyə başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski bu təşəbbüsü dəstəklədiyini bildirib və bunu “ədalətli və qanuni” addım, eləcə də dünyada potensial təcavüzkarlara siqnal kimi qiymətləndirib.

Buna cavab olaraq Rusiya rəsmiləri mümkün hüquqi proseslərlə hədələyərək, aktivlərin müsadirəsi halında oxşar cavab vəd etdilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml müsadirə cəhdini açıq-aşkar oğurluq hesab edir.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib