“Bölgəmizdə davamlı sülh, sabitlik və rifahın bərqərar olması üçün səylərimizi davam etdirmək əzmindəyik”.
Azpost.info xəbər verir ki, bunu Soçidə səfərdə olan Türkiyə lideri prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında deyib.
“Biz əvvəllər Rusiya-Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi etmişik. Hər zaman etdiyimiz kimi, bu mövzuda da üzərimizə düşəni etməyə hazırıq”, – Ərdoğan bildirib.
Onun sözlərinə görə, Ankara “taxıl sazişi” ilə bağlı BMT ilə mühüm irəliləyişləri əhatə edən yeni təkliflər paketi hazırlayıb: “İnanıram ki, bu yeni prosesdən nəticə əldə etmək mümkündür. Ukrayna təbii ki, bu məsələyə yanaşmasını yumşaltmalıdır ki, Rusiya ilə birgə addımlar atsın. Putin dedi ki, yoxsul ölkələrə 1 milyon ton taxıl göndərmək üçün logistika işləri aparıblar”.
Azpost.info