Rusiya prezidenti Putin Ərdoğanla telefon danışığı zamanı Ukraynanın dövlət başçısı Zelenski ilə görüşməyinin əleyhinə olmadığını bildirib.
Azpost.info bildirir ki, bu barədə Türkiyənin XİN başçısı Çavuşoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Biz Rusiya və Ukrayna liderlərinin görüşünün təşkil üçün səy göstəririk. Putin bizim prezidentlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır. Digər tərəfdən başqa kanallrın da belə cəhdləri var, biz də bunu dəstəkləyirik”-deyə XİN rəhbəri vurğulayıb.
Ərdoğan və Putin arasında telefon danışğı martın 6-da olub.