“Putindən qorxmuruq…” –ABŞ müdafiə naziri

“ABŞ Rusiya prezidenti Vladimir Putindən qorxmur. Lakin Moskva ilə nüvə qarşıdurması yaradacaq vəziyyətdən qaçmağı mühüm hesab edir”.

Azpost.info bildirir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Konqresdə dinləmlər zamanı çıxışında bildirib.

“Mən Putinin nə düşündüyünü bilmirəm, başqaları da bilmir. Siz Putinə münasibətdə “qorxu” sözünü işlətdiniz və qeyd etmək istərdim ki, mənim əsas vəzifəm gərginliyi  idarə etməkdir”.

Ostin Senatda deyib ki, nüvə rəqabəti vəziyyətinin yaranmamasına əmin olmaq ABŞ üçün vacibdir. O vurğulayıb ki, ABŞ administrasiyasının nöqteyi-nəzərindən Rusiya prezidentində qorxmalı heç nə yoxdur.

“Siz bunun bizim hərəkətlərimizdə, o cümlədən NATO-nun şərq cinahı ölkələrində Amerika qüvvələrinin yerləşdirilməsində görmüsünüz”, – Pentaqonun rəhbəri əlavə edib.

Əvvəlki məqalə

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Sonrakı məqalə

Putinin sözçüsü Ukraynada xeyli itki verdiklərini etiraf edib