Putinin sözçüsü Ukraynada xeyli itki verdiklərini etiraf edib

Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat zamanı xeyli itki verib.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın “SkyNews” telekanalına müsahibəsində bildirib.

“Biz xeyli  itki verdik, bu, bizim üçün böyük faciədir”, – deyə Kremlin sözçüsü bildirib.

Martın 25-də Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlar zamanı 1351 rusiyalı hərbçinin öldürüldüyünü, daha 3825 nəfərin yaralandığını bildirib.

Əvvəlki məqalə

“Putindən qorxmuruq…” –

Sonrakı məqalə

Neftçalanın icra başçısı suvarma problemi ilə bağlı sakinlərlə görüşüb