Putindən Makrona cavab: Belələri ilə alınmaz

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makrona cavab verib.

AzPost xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ukrayna müharibəsinin iştirakçılarının anaları ilə görüşdə çıxış edən Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib. Bildirib ki, onlar (Napoleon dövrünə qayıtmaq istəyənlər-red.) bunun necə bitdiyini unudurlar: “Belələri ilə alınmaz”.

Putin, xüsusi hərbi əməliyyatlarda iştirak edən hərbçilər sayəsində Makron kimilərinin istəyinin həyata keçməyəcəyini qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.