Putini Tramp dayandıra bilər –Zelenski

Ukrayna
Ukrayna

Amerika Birləşmiş Ştatlarının gələcək Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini dayandırmağa qadirdir.

UNIAN“ xəbər verir ki, bu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, o, artıq ABŞ-ın seçilmiş prezidenti ilə bir neçə dəfə danışıb. Onun fikrincə, Tramp “güclü və gözlənilməzdir”.

“Mən istərdim ki, prezident Trampın gözlənilməzliyi ilk növbədə Rusiya Federasiyasına aid olsun. İnanıram ki, o, həqiqətən də müharibəni bitirmək istəyir. Bunun doğru olduğuna inanıram”, – Zelenski əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.