“Putinin Aİ-dəki yeganə müttəfiqi qazı Qətərdən alacaq”- "Bloomberg"

Kremlin Avropa İttifaqındakı yeganə müttəfiqi, vaxtaşırı Rusiyaya qarşı sanksiyalar paketini gecikdirən və Ukraynaya yardımın ayrılmasını əngəlləyən Macarıstan Rusiya qazından imtina etməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, qaza olan tələbatının 85 faizini “Qazprom”un hesabına ödəyən Macarıstan Qətərdə Rusiya yanacağına əvəzedici axtarır.

“Bloomberg” yazır ki, Macarıstanın Baş naziri Viktor Orban Doha İqtisadi Forumunda bildirib ki, Rusiyadan asılılığı azaltmaq üçün dünyanın ən böyük LNG ixracatçısı olan əmirliklə danışıqlar aparılır.

“Macarıstanda enerji istehlakının yarısı Rusiya tərəfindən uzunmüddətli müqavilələr əsasında ödənilir. İkinci yarı üçün başqa tərəfdaşlar tapmalıyıq. Biz bütün dünyada tərəfdaşlar axtarırıq və Qətər bizim üçün potensial tərəfdaşdır”, – Orban deyib.

Baş nazirin sözlərinə görə, Qətər qazının tədarükü ilə bağlı danışıqlar davam edir və ilk partiyanın 2026-cı ildən əvvəl gəlməsi ehtimalı azdır.

Rusiyanın Ukraynaya hərbi müdaxilsəindən bir neçə həftə əvvəl Orban Kremldə prezident Vladimir Putinlə danışıqlar aparıb və nəticədə Budapeşt yaxınlığında dəmir yolu tikintisi üçün 2 milyard dollar kredit ayrılıb.

Bu yaxınlarda Macarıstan Aİ-dən Kiyevə 500 milyon avro yardımın ayrılmasına mane olub.

Azpost.info

Əvvəlki məqalə

Sığorta Assosiasiyası “Vərəsə ipoteka kreditini ödəməlidir?” sualına cavab verdi

Sonrakı məqalə

Azərbaycanda daha 32 nəfər COVID-19-a yoluxub