Novqorod vilayətindəki Valday şəhərinin sakinləri 29 dekabr gecəsi Prezident Putinin iqamətgahına hücum cəhdi barədə rəsmi açıqlamaya reaksiya veriblər.
AzPost bildirir ki, “Mojem obyasnit” (MO) nəşri bununla bağlı soruğu keçirib.
Sorğu iştirakçıları iddia olunan yüzə yaxın dronun gəlişini və məhv edilməsini hiss etməyiblər. Müsahibə verən 14 nəfərin sözlərinə görə, onlardan heç biri dron təhlükəsi ilə bağlı heç bir SMS almayıb. Bu mesajlar adətən hava hücumu zamanı göndərilir. “Həmin gecə partlayışlar bir yana, heç bir gurultu səsi yox idi. Əgər belə bir şey baş versəydi, bütün şəhər bu barədə danışardı”, – deyə insanlardan biri bildirib.
Prezidentin iqamətgahı Dolqie Borodı Valdayın şimal-şərqində, şəhərdən Valday gölü ilə ayrılmış yerdə yerləşir. Şəhərin əhalisi təxminən 14.000 nəfərdir. Lakin Valday sakinləri helikopterlərin səs-küyü sayəsində Putinin iqamətgahına nə vaxt gəldiyini yaxşı bilirlər.
Bir gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin (UHQ) Novqorod vilayətindəki Putinin iqamətgahına dronlardan istifadə edərək kütləvi hücum etməyə cəhd etdiyini bildirib.