Putinlə Lukaşenko arasında telefon söhbəti olub- KTMT sammitini müzakirə ediblər

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, liderlər KTMT sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Kremlin saytı xəbər verir ki, sammitin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılır.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Minskdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib”, – məlumatda deyilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.