Putinlə CAR prezidenti arasında telefon söhbəti olub

Rusiya və Cənubi Afrika Respublikasının prezidentləri Vladimir Putin və Siril Ramafosa arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Liderlər beynəlxalq gündəm, o cümlədən BRİKS sammitinə hazırlıqla bağlı konstruktiv qarşılıqlı fəaliyyət niyyətlərini ifadə ediblər.

“CAR prezidenti bu yaxınlarda Sankt-Peterburqda keçirilmiş Rusiya-Afrika sammitinin nəticələrini müsbət qiymətləndirib və bu, şübhəsiz ki, Rusiyanın Afrika ölkələri ilə əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

“Bugünkü tarixi sanksiyalar Putinin müdafiə sənayesinə zərbə vuracaq”

Sonrakı məqalə

“Yerə doğru təhlükəli asteroid yaxınlaşır”