“Yerə doğru təhlükəli asteroid yaxınlaşır”- NASA

NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin məlumatına görə, diametri 960 m-ə qədər olan potensial təhlükəli asteroid avqustun 23-də Yerə yaxınlaşacaq.

Azpost.info xəbər verir ki, göy cisminin planetdən altı milyon kilometr məsafədə uçacağı deyilir.

Mərkəz qeyd edir ki, asteroid Yerin yaxınlığında saniyədə 14,25 kilometr sürətlə uçacaq.

“Yerin orbitini 7,5 milyon kilometrdən az məsafədə kəsən obyekt potensial təhlükəlidir. Lakin bu o demək deyil ki, asteroid mütləq planetlə toqquşacaq”, – NASA bildirir.

Azpost.info

Əvvəlki məqalə

Putinlə CAR prezidenti arasında telefon söhbəti olub

Sonrakı məqalə

“Rusiya Nigerdə yaranmış qeyri-sabitlikdən istifadə etməyə çalışıb”