Qəhvə içmək hərəkətsizliklə bağlı ölüm riskini azalda bilər

Ofisdə və ya divanda uzunmüddətli əyləşmək, hərəkətsiz qalmaq sağlamlığa ölümcül təsir göstərə bilər. Lakin yeni tədqiqat göstərir ki, bir fincan qəhvə içmək bu riski azalda bilər.

ABŞ-da 10 mindən çox insan üzərində aparılan, “BMC Public Health”də dərc olunan araşdırma qəhvə içməyin gündə altı və ya daha çox saat oturmağın mənfi təsirlərindən qoruna biləcəyini müəyyən edib.

Alimlər qəhvə içmədən oturaq həyat tərzi keçirən insanlarla müqayisədə qəhvə içənlərin 13 il sonra ölmə ehtimalının 1,58 dəfə az olduğunu bildiriblər.

Çindəki “Soochow” Universitetinin alimləri araşdırmanın bu mövzuya dair ilk tədqiqat olduğunu söyləyiblər(azərtac).

Əvvəlki məqalə

PFL püşkatma tarixini açıqlayıb

Sonrakı məqalə

Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib