“Qərb dövlətləri Ukrayna ilə bağlı gizli görüş keçiriblər”- LAVROV

“Qərb dövlətləri və bir sıra başqa ölkələrin nümayəndələri Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi “sülh formulu”nu müzakirə etmək üçün gizli görüş keçiriblər”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu görüş tam məxfi şəraitində baş tutub, bu barədə heç bir yerdə məlumat verilməyib, sızma olmayıb”, – Lavrov deyib.

Onun sözlərinə görə, bu tədbirdə Rusiyanın ən yaxın müttəfiqləri iştirak edib. Görüşün nəticəsi olaraq “sülh formulu”nun müddəalarının təsdiqi üçün sammitin təşkili ilə bağlı razılıq əldə olunub: “Rusiyanın müttəfiqləri Moskvadan sirr saxlamaq vədi verməyiblər. Tədbir iştirakçıları yanvar ayında “sülh formulunu” müzakirə etmək üçün yenidən görüşmək barədə razılığa gəliblər”.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan Qəzzadakı mülki əhaliyə 2 milyon dollar ayırıb

Sonrakı məqalə

General-mayor Bəkir Orucova “Tərtər işi” ilə bağlı hökm oxundu