Ermənistan ikitərəfli əməkdaşlıq zamanı Qərb dövlətləri tərəfindən aldadılacaq.
Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Onun fikrincə, Qərb həmişəki kimi davranacaq və Ermənistanı yolda qoyacaq.
“Onların belə bir vərdişi var: “Sən kimsən, biz səni tanımırıq” deyirlər. Qarşı tərəf də deyir ki, axı biz səninlə dost idik, sən bizə silah verdin… Cavab belə olur: “Yox, o biz deyildik”, – Lukaşenko bildirib.
Lukaşenko əlavə edib ki, çoxillik siyasi təcrübəsi ona deməyə əsas verir ki, Qərbə etibar etmək olmaz.
Azpost.info