“Qərb Krımı vurmaq və Rusiya ordusunun logistika marşrutlarını kəsmək üçün Ukraynaya kömək etməlidir”.
Azpost.info xəbər verir ki, “The Hill”in yazdığına görə, bunu ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı, NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı Filip Bridlav deyib.
Bridlavın sözlərinə görə, Ukrayna tərəfi yarımadaya nüfuz edə və dəqiq zərbə endirərsə, Rusiya mövqelərini yenidən nəzərdən keçirməli olacaq.
General hesab edir ki, Krım hərbi əməliyyatların gələcək inkişafı üçün kritik rol oynayacaq.
Azpost.info