“Qərb Ukrayna münaqişəsinin döyüş meydanında həllini istəyir” –LAVROV

“Qərb Ukrayna münaqişəsinin döyüş meydanında həllini istəyir. Əgər bunu istəyirsə o zaman həlli döyüş meydanında olacaq”.

Azpost.info bildirir ki, bu sözləri Federasiya Şurasında Rusiya xarici işlər naziri vəzifəsinə namizəd olan Sergey Lavrov deyib.

“Əgər onlar Ukraynadakı münaqişənin həllini döyüş meydanında istəyirlərsə, bu, döyüş meydanında olacaq”, – Lavrov deyib.

O, Rusiyanın təkcə sözdə deyil, həm də əməldə danışıqlara hazır olduğuna işarə edib. “Biz İstanbulda paraflanmış sənədi imzalamağın  Ukrayna üçün çox əlverişli şərtlərlə xüsusi hərbi əməliyyatı başa çatdırmağın həqiqətən bir addımlığında idik”, – Lavrov qeyd edib.

Onun sözlərinə görə, bu hadisə Rusiya rəhbərliyinin Qərbin əvvəlki çoxsaylı aldatmalarına baxmayaraq, hələ də inanmaq və xoş niyyət nümayiş etdirmək qərarına gəldiyi sonuncu dəfə olub. “Onlar bizi yenə aldatdılar, yenidən döyüşməyə məcbur etdilər”, – Lavrov bildirib.

Əvvəlki məqalə

Rusiyada məşhur sovet müsiqiçisi Makareviçin terrorçu elan edilməsi təklif olunub

Sonrakı məqalə

Bank kartından 2300 manat oğurlayan daha bir qadın saxlanılıb