“Kömək olmasa Ukrayna bir neçə ay davam gətirə biləcək”- BVF sədri

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva Ukraynanın müttəfiqlərini ölkəyə on milyardlarla dollar ayırmağa çağırıb və xəbərdarlıq edib ki, əlavə maliyyələşdirmənin gecikdirilməsi Kiyevin kövrək iqtisadi bərpasını təhlükə altına salacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

O, Kiyevin hazırkı yardım səviyyəsinə daha “bir neçə ay” dözə biləcəyini deyib.

Georgiyevanın fikrincə, uzun müddət yeni maliyyə dəstəyinin olmaması Ukraynanın iqtisadi dirçəlişini təhlükə altına salacaq. Əlavə gecikmələr Kiyevi keçən il Rusiyanın işğalından sonra pul çapı kimi sabitliyi pozan tədbirlərə qayıtmağa məcbur edə bilər.

“Bu müddəti uzatmamaq vacibdir, çünki o, Ukraynaya daha çox təzyiq yaradacaq… Həm də ölkənin daha yaxşı iqtisadi perspektivlərə hazır olduğu anda”, – Georgieva deyib.

Azpost.info

Əvvəlki məqalə

Pentaqon rəhbəri İsraillə bağlı ritorikasını dəyişib?

Sonrakı məqalə

Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb