Qəbələdə mikroavtobusla “Ford” toqquşub, 20 nəfər yaralanıb

Qəbələdə baş vermiş avtomobil qəzasında 20 nəfər xəsarət alıb.

Xəsarət alanlar Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onlardan birinin xəsarəti yüngül olduğundan ilkin yardım göstərilərək evə buraxılıb. Qalan 19 nəfərə tibbi yardım göstərilməsi davam etdirilir. Onlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Vəziyyəti ağır olanların Bakıdakı xəstəxanalara göndəriləcəyi bildirilir. (APA)

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

“Dəyişmiş şərait yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına imkan verir” –

Sonrakı məqalə

Şərqi Zəngəzur İqtisadi Rayonunda publik hüquqi şəxs yaradılıb –