“Qələbə münasibətilə qardaş Azərbaycan xalqını təbrik edirəm” –Özbəkistan prezidenti

“Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb”.

Bunu Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib. O deyib ki, biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik: “Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.