“Qərb Rusiyanı qlobal blokadaya almağa çalışır” –Baş nazirin müavini

“Qərb Rusiyanı qlobal iqtisadi blokadaya almağa çalışır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Andrey Belousov deyib.

“Aydındır ki, bizim geosiyasi rəqiblərimizin niyyəti Rusiyanı dünya iqtisadiyyatından mümkün qədər təcrid etməkdir. Qərb ölkələri bununla Rusiya iqtisadi sisteminin deqradasiyası və dağılması proseslərinə başlamağa çalışır”, – Belousov bildirib.

Onun sözlərinə görə, blokada dörd halqadan – maliyyə, ticarət, nəqliyyat və humanitar blokadadan ibarətdir: “Ölkəni tamamilə təcrid etmək qeyri-mümkündür”.

Azpost.info

Əvvəlki məqalə

“Prezident Ştaynmayeri yox, kansler Şoltsu gözləyirik” –

Sonrakı məqalə

Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub