Qərbi Azərbaycan (İrəvan) Respublikasını kimlər yaradıb? –SİYAHI AÇIQLANDI

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması ilə bağlı Təşəbbüs Qrupunun rəhbəri, Türkiyənin Erciyes Universitetinin müəllimi, professor Qafar Çaxmaqlı sosial şəbəkədəki hesabında növbəti müraciətini yayıb.
Q.Çaxmaqlı yazıb: “Dəyərli dostlar, 9 may 2020-ci ildə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Təşəbbüs Qrupu bu respublikanı elan etdi. Xalqımızın bunu necə qarşıladığı ilə bağlı bilgiləriniz var. Dünyanın müxtəlif yerlərindən dəstək mesajları gəlməkdədir”.
Q.Çaxmaqlı bildirib ki, Təşəbbüs Qrupuna daxil olmaq üçün müraciət edənlərin və bu işə yardım etmək istəyənlərin sayı hər gün artır: “Elə buna görə biz Təşəbbüs Qrupuna üzvlüyü açıq saxlamışıq… Respublikanın yaradılması ilə bağlı növbəti adımımızı atırıq. Bu gün biz Təşəbbüs Qrupuna daxil olan əqidədaşlarımızla bir neçə saat sürən videokonfransda Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması üçün İdarə Heyətini və Təşkilat Komitəsini seçdik. nəzərinizə çatdırıram. Xeyirli- uğurlu olsun!”
Bundan sonra Q.Çaxmaqlı Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması üçün seçilən İdarə Heyətinin tərkibinin üzvlərini aşağıdakı kimi elan edib:
Sədr: Qafar Çaxmaqlı
Sədr müavinləri:
1. Cəmşid Dərələyəzli – Təşkilati məsələlər üzrə
2. Qələndər Muxtarlı- ictimai-siyasi məsələlər üzrə
3. Əli Mustafa- beynəlxalq əlaqələr üzrə
4. Paşa Həsənli – ideoloji məsələlər üzrə
5. Muxtar Oxçoğlu – Qaçqınlarla iş üzrə
Üzvlər:
6. Təbriz Musayev- İrəvan Azadlıq Təşkilatının sədri
7. Tofiq Həsənov-“ İrəvan Komitəsi “İctimai Birliyinin sədri
8. Rizvan Talıbov- Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri
9. Aslan Azadəliyev Qərbi Azərbaycan türklərinin Həmrəyliyi və İnkişaf Birliyinin sədri,
10. Köçəri Nağıbəyli- QHT sədri, “ İrəvan” qəzetinin baş redaktoru
11. İsa Dərəçiçəkli- Qərbi Azərbaycan Türklərinin Həmrəyliyi İctimai Birliyinin sədri
12. İlham İsmayılıov- Azərbaycanın və digər Türkdilli Xalqlarının Əməkdaşlıq Mərkəzinin ( ATXƏM) sədri
13. Zahir Əlisoy- BAO-nun başkanı
14. Allahverdi Seyidov- Gəncə Dövlət Universitetinin professoru
15. Aqil Səmədbəyli- politoloq
16. İbrahim Vəliyev- Bakı Dövlət Universitetinin professoru
17. Dilavər Əzimli- AMEA Tarix İnstitutunun əməkdaşı-dosent
18. Seyfəddin Altaylı- Avrasiya Universitetinin profesoru
19. Yasəmən Qaraqoyunlu – AMEA- Fəlsəfə institutu
20. Tahir Talıblı – əməkdar jurnalist
21. Əhməd Oğuz- yazıçı-jurnalist
22. Nigar Ögeday-araşdırmaçı-jurnalist
23. Ramazan Hüseynli-tarixçi-araşdırmaçı
24. Tariyel Babayev- ermənişünas alim
25. İradə Rzazadə- QHT sədri
26. Şahlar Hacıyev- tarixçi
27. Zeynalabdin Məmmədov-ictimai fəal
28. Pənah Məmmədzadə- ictimai fəal
29. Əbil Babaoğlu- ictiamai fəal
30. Rasim Comərd-ictimai fəal
31. Namiq Aslanov- ictimai fəal
32. Anar Can Kutay- ictimai fəal
Daha sonra Q.Çaxmaqlı Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasıyla bağlı Təşkilat Komitəsinin tərkibini də açıqlayıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş prokuror Zakir Qaralovun köməkçisini işdən çıxartdı –

Sonrakı məqalə

Avroviziyanın 2021-ci ildə keçiriləcəyi yer açıqlandı