“Qərbin öz hegemonluğunu saxlamaq istəyi Ukraynada böhrana gətirib çıxardı”- PUTİN

“Rusiyanın Ukraynadakı hərəkətləri Qərb ölkələrinin Donbas əhalisinə qarşı başlatdığı müharibəyə son qoymaq istəyindən irəli gəlib”.

Azpost.info xəbər verir ki, bunu BRİKS sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Qərbin öz hegemonluğunu saxlamaq istəyi Ukraynada böhrana gətirib çıxardı.

“Ukraynada dövlət çevrilişi ilə razılaşmayanlara qarşı müharibə başladıldı. Müharibə amansızdır. Rusiya öz mədəniyyəti, adət-ənənələri, dili və gələcəyi uğrunda mübarizə aparan insanlara dəstək vermək qərarına gəldi. Bizim hərəkətlərimizi yalnız bir şey diktə edir – Qərbin açdığı müharibəyə son qoymaq”, – Putin deyib.

Rusiya lideri münaqişənin həlli cəhdlərində fəal iştirak edən BRİKS üzvlərinə minnətdarlıq edib, belə ölkələrin problemi sülh yolu ilə həll etməyə çalışdıqlarını xüsusilə vurğulayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiyada dövlət qulluğuna işçiləri süni intellekt seçəcək

Sonrakı məqalə

Nazirlik və mədəniyyət xadimləri Şahmar Ələkbərovun məzarını ziyarət edib –