Rusiyada dövlət qulluğuna işçiləri süni intellekt seçəcək

Rusiyada hökumət dövlət qulluğuna işçiləri süni intellektlə seçəcək.

Azpost.info xəbər verir ki, eksperiment 2023-cü il sentyabrın 1-də “Qostex”in bazasında yaradılmış Dövlət Kadrları platformasında başlayacaq.

Bu yenilik Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən avqustun 21-də normativ hüquqi aktlar portalında dərc edilmiş hökumət fərmanı layihəsindən irəli gəlir.

Sənəddə deyilir ki, vəzifəli şəxslərin seçilməsi, peşəkarlığının artırılması, motivasiyası, qiymətləndirilməsi, peşəkar mədəniyyətin formalaşdırılması və korrupsiya ilə mübarizə proseslərinin avtomatlaşdırılması nəzərdə tutulub.

Birinci mərhələdə süni intellekt Əmək Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi və İqtisadiyyat Nazirliyində, eləcə də onların tabeliyində olan təşkilatlarda vəzifəli şəxsləri işə qəbul edəcək.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Ukraynada orta məktəbi İran PUA-ları ilə vurub –

Sonrakı məqalə

“Qərbin öz hegemonluğunu saxlamaq istəyi Ukraynada böhrana gətirib çıxardı”