Qərbin sanksiyalarını Rusiyada icra edənlər həbs olunacaq

Rusiya Ali Məhkəməsi deputatların Rusiya ərazisində sanksiyaların icra edilməsinə görə cinayət məsuliyyətinin tətbiqi ilə bağlı düzəlişlərini dəstəkləyib.

Azpost.info bildirir ki, bu barədə bazar ertəsi Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas Telegram-kanalda yazıb.
“Ali Məhkəmə Rusiya ərazisində sanksiyaların icra olunmasına görə cinayət məsuliyyətinə dair təkliflərimizi dəstəklədi”, – deyə senator öz Telegram kanalında yazıb.

Daha əvvəl Klişas bildirib ki, deputatlar və senatorlar bazar ertəsi bu barədə olan düzəlişləri Dumaya təqdim edəcəklər.

O, həmçinin Dövlət Dumasının düzəlişlərə operativ baxacağına ümid etdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın cavab verməsi üçün əlimizdən gələni edəcəyik”

Sonrakı məqalə

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək –