Qəzaya düşənlər meyxanaçı Namiq Mənanın qızı, kürəkəni və nəvəsi olub

Quba rayonunda yağan qar səbəbi ilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb.

Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb.

“Bakupost” xəbər verir ki, avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu üzə çıxıb. Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.

Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəlliməsidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.