Qəzzada son sutkada 37 fələstinli öldürülüb

Qəzza
Qəzza

İsrailin Qəzza zolağına növbəti aviazərbələri nəticəsində daha bir qətliam törədilib. AzPost xəbər verir ki, son 24 saat ərzində 37 fələstinli həyatını itirib. Məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi yayıb.

Rəsmi açıqlamada bildirilib ki, ölənlərin 5-nin cəsədi əvvəlki günlərdə öldürülənlərdir və dağıntılar altından çıxarılıb. Bundan əlavə, hücumlar zamanı 136 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyi qeyd edir ki, hazırda dağıntılar altında və küçələrdə çoxlu sayda yaralı və cəsədlər var. Təcili yardım və mülki müdafiə xidmətlərinin həmin ərazilərə giriş imkanı yoxdur. Hazırkı vəziyyətin olduqca ağır olduğu vurğulanıb.

Nazirliyin son məlumatına görə, cari ilin martın 18-dən bəri İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində 4149-dan çox insan həyatını itirib, 12,5 min nəfərdən çox yaralı var.

Ümumilikdə isə, Fələstin-İsrail qarşıdurması başladığı gündən indiyədək ölən fələstinlilərin sayı 54 418 nəfəri keçib. Yaralıların ümumi sayı isə 124 190 nəfər kimi qeydə alınıb.

Beynəlxalq humanitar təşkilatlar Qəzza zolağında vəziyyətin getdikcə pisləşdiyini və mülki əhalinin ciddi təhlükə altında olduğunu bildirirlər. Təcili yardım və tibbi ləvazimat çatışmazlığı isə vəziyyəti daha da çətinləşdirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.