Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Qadağa öncəsi qohum evliliklərində sürətli artım

Orkhan Ali 30 May 2025 - 15:26 (Last updated: 30 May 2025 - 15:00)
Evlilik

Evlilik

Azərbaycanda uzun illərdir müzakirə mövzusu olan qohum evlilikləri bu ilin iyul ayının 1-dən qadağan edilir. Ailə Məcəlləsində edilən düzəlişlərə əsasən, bioloji əlaqəsi olan dayı və bacı qızı, əmi və qardaş qızı, xala və qardaş oğlu, eləcə də ümumi baba və ya nənəsi olan qohumlar arasında nikahlar qadağan ediləcək.

Hüquqi məhdudiyyətlər qüvvəyə minməzdən əvvəl bu cür nikahların sayı artmaqda davam edir. Təkcə 2025-ci ilin ilk dörd ayı ərzində 698 qohum nikahı rəsmiləşdirilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 495 idi.

Görünür, bəzi ailələr yeni qanunun tətbiqinə qədər tələsik şəkildə evliliyi rəsmiləşdirməyə çalışıblar.

Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ötən həftə bildirib ki, bəzi insanlar qadağaya hazır deyil, sürətli evliliyə üstünlük veriblər.

Ədliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər də son illərdə qohum evliliklərinin sabit şəkildə davam etdiyini göstərir. 2021-ci ildən bu yana bu cür nikahların sayı 2 000 civarında dəyişib. 2023-cü ildə 1 950, 2024-cü ildə isə 2 060 belə nikah qeydə alınıb. Yalnız bu ilin yanvar-aprel aylarında isə 698 qohum evliliyi rəsmiləşdirilib.

Bu artım fonunda yeni qanunvericilik dəyişiklikləri cəmiyyətin sağlamlığı və genetik risklərin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir. Lakin ekspertlər bildirirlər ki, yalnız qadağa ilə kifayətlənmək yetərli deyil, maarifləndirmə işləri də paralel aparılmalıdır.

Qohum evliliklərinin bəzi hallarda genetik xəstəlik risklərini artırdığına dair tibbi faktlar, bu qərarın əsas arqumentlərindən biri kimi göstərilir. İyulun 1-dən sonra isə həmin risklər qanunla minimuma endirilmiş olacaq. Amma bəzi ekspertlər bu qadağanın vətəndaş nikahlarını artıra biləcəyindən ehtiyatlanır.

©Modern.az

AzPost.az

Post navigation

Previous: Zelenski Hakan Fidanı qəbul edib
Next: İlon Mask Marsa robot kosmonavtlar göndərir –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.