ABŞ-ın Virciniya ştatında maraqlı hadisə baş verib.
Azpost.info UPI-yə istinadən bildirir ki, kazinoda bütün pullarını uduzan qadının bəxti gözlənilmədən gətirib.
Kazinoda pullarını uduzan qadın ailəsinə zəng vuraraq bunu xəbər verib.
Onun sözlərinə görə, kazinodan çıxdıqdan sonra o, Hannoverdəki “Arundel Mills Exxon” stansiyasında dayanıb. Bu zaman cibində olan kiçik məbləğə lotereya bileti almaq qərarını verib.
Bu bilet isə ona uğur gətirib. Qadın lotereya bileti 50.000 dollar udub.
Qadın ailəsinə ikinci dəfə zəng vuraraq bəxtinin gətirdiyini deyib. Qalib bildirib ki, pulu hesabları ödəməyə, xeyriyyəçiliyə və gələcək üçün sərmayəyə sərf edəcək.