Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Qalmaqallı sovet siyasətçisi “Qara polkovnik” öldü

Orkhan Ali 02 Yanvar 2025 - 07:46 (Last updated: 21 May 2025 - 20:15)
347357682567694

Sovet və rus siyasətçisi Viktor Alksnis 74 yaşında vəfat edib.

AzPost xəbər verir ki, bu barədə Alksnisin rəhbərlik etdiyi “Qara polkovnik” teleqram kanalında onun qızı İrinaya istinadən məlumat verilib.

O, dekabrın 30-na keçən gecə insult keçirib və komaya düşüb.

Viktor Alksnis – aviasiya polkovniki, SSRİ xalq deputatı, Latviya Ali Sovetinin, eləcə də Rusiya Dövlət Dumasının deputatı olub, Sovet İttifaqının dağılmasının əleyhinə çıxıb və Dövlət Komitəsini dəstəkləyib.

O, 2000-2007-ci illərdə Dövlət Dumasının deputatı olub, 2013-2015-ci illərdə Moskva vilayətinin Tuçkovo şəhər qəsəbəsinə rəhbərlik edib. 1989-1991-ci illərdə SSRİ xalq deputatı, Latviya SSR Ali Sovetinin deputatı olub. O, Sovet İttifaqının dağılmasının əleyhdarı kimi şöhrət qazanıb, 1991-ci ilin avqustunda SSRİ prezidenti Mixail Qorbaçovun siyasətinə qarşı çıxan Fövqəladə Hallar üzrə Dövlət Komitəsini (QKÇP) dəstəkləyib. Alksnis mediada “Qara polkovnik” ləqəbini alıb.

Alksnis 1950-ci ildə Kemerovo vilayətində anadan olub, Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin rəisi Yakov Alksnisin nəvəsi olub. “Arqumenty Nedeli”yə müsahibə verən Alksnis babasının 1938-ci ildə güllələndiyini, nənəsinin isə düşərgəyə göndərildiyini bildirib.

1956-cı ildə ailəsi Riqaya köçüb. Alksnis Riqa Ali Hərbi Mühəndislik Aviasiya Məktəbini hərbi elektronika mühəndisi, eləcə də Sosial Elmlər Universitetini bitirib . 1979-1992-ci illərdə Baltik Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin baş mühəndisi, inspektoru vəzifələrində çalışıb.

1992-ci ilin oktyabrında Alksnis Latviyadan Rusiyaya qayıdıb və ona qarşı “dövlətə xəyanət” maddəsi ilə “Latviyanın SSRİ-dən ayrılmasına qarşı yönəlmiş deputatlıq və siyasi fəaliyyətə” görə cinayət işi açılıb. O vaxtdan Latviyada persona non-qrata olub. 2005-ci ildə o, Sevastopolda keçirilən mitinqdə Krımın Rusiyanın tərkibinə daxil edilməli olduğunu bildirdikdən sonra Ukraynaya girişi qadağan edilib.

2022-ci ilin fevralında Alksnis Ukraynada hərbi əməliyyatların başlamasını dəstəkləyib.

Azpost.info

Post navigation

Previous: İlon Maskın “maşını” Trampın otelinin qarşısında partladı
Next: Unudulmazlar –

Oxşar xəbərlər

veteran pulu
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21
dollar02
  • Baş Yazı

Azərbaycan 2027-ci ildə 6 milyard manat xarici borc götürə bilər – Büdcədə nə qədər vəsait nəzərdə tutulub?

User 04 Noyabr 2026 - 11:16
budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı

User 04 Noyabr 2026 - 10:15

xƏBƏR

vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla müharibənin Konqresə keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının inamlı qələbə qazanmasına səbəb...
Read more about Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi? abs secki
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50
33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır? felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı peskov
  • Dünya

Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

User 04 Noyabr 2026 - 18:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.