“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Qarabağ” Abdullah Zubir ilə müqavilə müddətini uzadıb.

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi yarımmüdafiəçi ilə bir neçə gündən sonra başa çatacaq sözləşməni daha 3 il uzadıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi komandasında 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Əvvəlki məqalə

Astarada kişi həmkəndlisini güllələdi, sonra özünü vurdu

Sonrakı məqalə

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər