“Qarabağ” – “Bayer” oyununa satılmış biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Qarabağ” və Almaniya “Bayer”i arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Klubdan verilən məlumata görə, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Əvvəlki məqalə

“Müharibə şəraitində seçkidən danışmaq məsuliyyətsizlikdir” –

Sonrakı məqalə

Zəfər Günündə Bakıda yürüş olacaq –