“Qarabağ danışıqlarındakı köhnə sənədlər qəbuledilməzdir” –

Paşinyandan qəribə bəyanat
16 May 2020 - 17:12

“Ermənistandakı “məxməri inqilab”dan sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir yeni sənəd təklif olunmayıb”.

Azpost.info bildirir ki, bu sözləri Baş nazir Nikol Paşinyan onlayn keçirdiyi mətbuat konfransında deyib.

Paşinyandan Rusiyanın XİN rəhbəri Lavrovun “danışıqlarda mərhələləi həll planı müzakirə olunur” bəyanatına münasibətini soruşublar.

Paşinyanın sözlərinə görə, Ermənistan müzakirələrdə öz mövqeyini və prinsiplərini əks edib. Hakimiyyətə gəldiyi ilk vaxtlarda onun qarşısına sual qoyulub: Yerevan Qarabağ danışıqlarını Sərksiyanın qoyub getdiyi yerdən davam etdirəcəkmi? – “Biz “yox” dedik. Sərkisyan tərəfindən bizə qoyulmuş miras bizim üçün qeyri-məqbuldur. Bizi nəyə isə bağlamağa cəhd etməyə dəyməz. Paket həll və mərhələli forma ilə bağlı müxtəlif baxışlar var. Paket həll və mərhələli həll nə deməkdir?-bunu anlamaq lazımdır.  Bütün bu məsələləri ciddi şəkildə aydınlaşdırmaq lazımdır”.  

Onun sözlərinə görə, köhnə sənədlər Ermənistan üçün qəbuledilməzdir. Amma bu o demək deyil ki, bu sənədlər danışıqlarda iştirak edən tərəflərin birinin əlində olmaya bilər: “Bütün tərəflər üçün məqbul olan həll yolunu tapmaq lazımdır. Çoxları deyir ki, belə həll mümkün deyil”-deyə Paşinyan bildirib.

“Ermənistanın və digərlərinin vəzifəsi həll mexanizmlərini axtarıb tapmaqdır. Münaqişə tərəflərinin təmasları da buna hədəflənib”.