“Qarabağ” “Lex”i darmadağın etdi –NƏTİCƏ (YENİLƏNİB)

“Qarabağ” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə cavab oyununa çıxıb.

Qol.az xəbər verir ki, ilk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi Polşa klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Matçın ilk dəqiqəsində qonaqlar hesabı açsa da, “Qarabağ” 5 qol vuraraq möhtəşəm qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.

Qurban Qurbanovun komandası bu mərhələdə İsveçrə “Sürix”i ilə üz-müzə gələcək. Komandalar arasında ilk görüş iyulun 20-də Bakıda, cavab matçı isə bir həftə sonra Sürixdə olacaq.

“Lex” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

 

20:00. “Qarabağ” – “Lex” – 5:1 (İkinci hissə)

Qol: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)

 

**

20:00. “Qarabağ” – “Lex” – 2:1 (Fasilə)

Qol: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1)

**

20:00. “Qarabağ” – “Lex” – 1:1 (Birinci hissə)

Qol: Velde, 1 (0:1), Kadi, 14 (1:1)

**

“Qarabağ”-Lex oyunu başlayıb.

Oyunun ilk dəqiqəsində Qarabağ” qapısndan bir top buraxıb.

20:00. “Qarabağ” – “Lex” – 0:1 (Birinci hissə)

Qol: Velde, 1

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 0:1

Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda mərhələni adlasa, 2-ci  təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə üz-müzə gələcək. Məğlub tərəf isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində yarışacaq. “Qarabağ” – “Lex”  matçının məğlubu bu mərhələdə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Əvvəlki məqalə

Əlli altı il ərzində çəkilən sənədli film –

Sonrakı məqalə

“Bizə qələbə yaraşır!” –