Qarabağ Komitəsi buraxıldı, Pənah Hüseyn açıqlama yaydı

2018-ci ildə təsis edilmiş Qarabağ Komitəsi buraxılıb.
AzPost bildirir ki, bu barədə sabiq baş nazir Pənah Hüseyn məlumat verib.
Onun sözlərinə görə, toplantıda son dövrdə aparılan müzakirələrə yekun vurulub. Qarabağ Komitəsinin əsasnaməsində qoyulmuş vəzifə – işğal olunmuş torpaqlarımız tam azad olunub.
Bununla əlaqədar komitənin fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul edilib.
Komitədə fəaliyyət göstərmiş alim , mütəxəssis və ekspertlərin bir qrupu bundan sonra Qarabağ Analitik Mərkəzi kimi fəaliyyət göstərəcək .

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.