“Qarabağ qiyamətə qədər Azərbaycana məxsus olaraq qalacaq” –

Ərdoğanın müavini Kurtulmuş
08 Dekabr 2020 - 09:50

“Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox ciddi bir mübarizə nəticəsində ay yarım müddətə 29 illik xəyalı həqiqətə çevirdi”.

Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş bu gün Türkiyə Böyük Millət Məclisində büdcə məsələlərinin müzakirəsi zamanı Azərbaycanın Qarabağ zəfərindən danışaraq, bu qələbədən Türkiyənin də qürur hissi keçirdiyini deyib: “Hökumətimiz, Türkiyə Böyük Millət Məclisimiz, millətimizin hər bir fərdi Qarabağdakı bu tarixi zəfər münasibətilə azərbaycanlı qardaşlarımızı bir daha təbrik edir. Qarabağ Azərbaycandır və qiyamətə qədər də Azərbaycana məxsus olaraq qalacaq”.

N.Kurtulmuş onu da bildirib ki, Qarabağ məsələsində beynəlxalq ictimaiyyəti həm Azərbaycanın, həm də Türkiyənin əleyhinə yönəltmək istəyənlər bu cəhdlərini yenə davam etdirsələr də hər iki qardaş ölkə haqlı mübarizəsindən əl çəkmədi və heç zaman da bu yolundan dönməyəcək.