“Qarabağ” – “Sürix” oyununun hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) – “Sürix” (İsveçrə) oyunu üçün hakim təyinatları açıqlanıb.

Qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Irfan Pelto olacaq. Ona Senad İbrisimbeqoviç və Davor Belyo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Giqoviç yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də İsveçrədə keçiriləcək.

Əvvəlki məqalə

ÜST COVID-19-la bağlı Azərbaycana tövsiyələr verib

Sonrakı məqalə

Rusiyanın Vinnitsaya raket zərbəsindən 20 nəfər ölüb –