Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qarabağ və Şərqi Zəngəzurda 8 şəhərin baş planı hazırdır

User 01 Oktyabr 2025 - 15:30 (Last updated: 01 Oktyabr 2025 - 15:54)
qarabaq bas plan

Qarabağ və Şərqi Zəngəzur bölgələrində 12 şəhərin baş planı hazırlanır, onlardan 8-i tamamlanıb.

AzPost AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Dünya İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mövcud iqlim böhranı ilə mübarizədə şəhərlər əsas rol oynayır.

“Bu isə o deməkdir ki, şəhərlərimizi necə planlaşdırdığımız, dizayn etdiyimiz və inşa etdiyimiz heç vaxt indiki qədər vacib olmayıb. Sağlam və iqlimədavamlı şəhərlər qurmaq təcrid olunmuş şəkildə mümkün deyil. Şəhərlərin gələcəyi kənd təsərrüfatının davamlılığı, resursların qorunması, nəqliyyat sistemlərinin səmərəliliyi və “ağıllı şəhər” texnologiyalarının transformativ gücü ilə sıx bağlıdır.”, – deyə Anar Quliyev əlavə edib.

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda 2018-ci ildən etibarən şəhərlərin kompleks baş plan əsasında inkişafına başlanılıb. Hazırda 79 şəhər və qəsəbədən 65-i üzrə baş planlar artıq təsdiqlənib, 10-da isə təsdiqlənmə mərhələsindədir. “Bakı Baş Planı – 2040” layihəsi bu yanaşmanın əsas nümunəsidir və polisentrlik, effektiv zonalaşma, mədəni və memarlıq irsinin qorunması, ekoloji prinsiplərə əsaslanan torpaq istifadəsini əhatə edir.

“Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa işləri həyata keçirir. Bu ərazilər sıfır emissiyalı zonalar kimi müəyyən olunub. Şəhərsalma prosesində dayanıqlılıq prinsipləri əsas götürülür ki, burada yaradılan mühit sağlam və davamlı olsun. Artıq həmin bölgələrdə 12 şəhərin baş planı hazırlanır, onlardan 8-i tamamlanıb. Həmçinin 19 kənd və qəsəbə planlaşdırılıb. Böyük potensiala malik bərpaolunan enerji resursları əsasında bölgə “Yaşıl Enerji Zonası” elan olunub”deyə Anar Quliyev bildirib.

 

AzPost.az

Post navigation

Previous: 2 vəkilin fəaliyyəti dayandırılıdı –
Next: Belarus idman nazirinin müavini: “Gəncəyə gələndə nostalji hisslər keçirdim”

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin...
Read more about Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP tramp cixis
  • Dünya

“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP

User 30 Oktyabr 2026 - 20:42
ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.