UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasında keçiriləcək VII tur oyunu üçün start heyətlər açıqlanıb.
UEFA-nın rəsmi saytı xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, , Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Montiel, Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
“Ayntraxt”: Kaua Santos, Teate, Koç, Knauff, Kristensen, Larsson, Doan, Broun, Kollins, Can Uzun, Şkiri
Baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt