“Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin aktiv qurulması prosesi gedir” –LAVROV

Beynəlxalq gündəmdə olan mövzulardan Dağlıq Qarabağdakı vəziyyətə prioritet diqqət ayırdıq.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayırıq”, – deyə S. Lavrov vurğulayıb.

XİN başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasından da danışıb. O qeyd edib ki, bu Birgə Mərkəz Rusiya və Türkiyə prezidentləri arasındakı razılıq nəticəsində yaradılır: “Hazırda bu mərkəzin aktiv qurulması prosesi gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin payız sessiyasının son iclasının gündəliyi məlum olub

Sonrakı məqalə

“Sülh davamlı olarsa, Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik”