“Qarabağda mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır”-Lavrov

“Bütün humanitar məsələlərin, o cümlədən minalanmış ərazilərin xəritələrinin verilməsi, ölənlərin qalıqlarının və əsirlərin qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi məsələlərinin mümkün qədər tezliklə və heç bir ilkin şərt irəli sürülmədən həllini istəyirik”.

Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

S. Lavrov qeyd edib ki, artıq ilk addımlar atılıb. O, mina xəritələrinin verilməsi məsələsinin bir neçə gün əvvəl İrəvana səfəri zamanı müzakirə olunduğunu bildirib: “Ermənistan rəhbərliyi bu problemi həll etməyin zəruriliyini anlayır. Bu istiqamətdə ilk addım atılıb və mən bu barədə Azərbaycan rəhbərliyini məlumatlandırmışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub

Sonrakı məqalə

Azərbaycanda bir gündə 514 nəfər yoluxub –