“Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzi ilə bağlı əməkdaşlıq davam edir” –RƏSMİ

“Türkiyə və Rusiya arasında imzalanan memorandum əsasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün əməkdaşlıq davam etməkdədir”.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayınlanan görüntülü mətbuat büllettenində bildirilib.

Qeyd olunub ki, türkiyəli mütəxəssislər Azərbaycanın  Ermənistanın işğalından azad edilmiş ərazilərində Azərbaycan Ordusuna dəstək fəaliyyətini də davam etdirir: “Mina və partlayıcıların aşkarlanması və məhv edilməsi, təmizlənməsinə dəstək verilir, eləcə də bu istiqamətdə təlimlər davam etdirilir. Bütün imkanlarımızla hər zaman kədərimiz, sevincimiz bir olan azərbaycanlı qardaşlarımızın yanındayıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 4356 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

Rusiyadan Xankəndinə göndərilən humanitar yük Gəncə hava limanına çatdırılıb –