“Qarabağda Türkiyə və Rusiya generalları birlikdə çalışacaqlar” –AKAR

“Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı razılıq əldə olundu. Müdafiə nazirlərinin müavinləri birgə fəaliyyətin texniki tərəflərinin müzakirəsini başa çatdırıblar.

Azpost.info-nun məlumatına görə, bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə noyabrın 11-də videoformatda imzaladığı anlaşma memorandumu əsasında başlanan danışıqlar barədə danışarkən deyib.

Akar deyib ki, Müşahidə Mərkəzinin təşkili ilə bağlı rəsmi olaraq heç bir maneə qalmadı: “İndi oranın inşası aparılır. Çox qısa vaxtda əməkdaşlarımız Birgə Müşahidə Mərkəzində xidmətə başlayacaqlar”.

Azərbaycanın döyüş meydanında və danışıqlar prosesində böyük uğur qazandığını diqqətə çatdıran nazir bildirib: “Türkiyə və Rusiya generalları birlikdə çalışacaqlar. Birgə Müşahidə Mərkəzində türk və rus zabitlər bərabər xidmət edəcək, atəşkəsə riayət olunmasını birgə müşahidə edəcək və atəşkəsin davamlı olmasına səy göstərəcəklər. Bununla yanaşı, bizim azərbaycanlı qardaşlarımızla təhsil və hərbi təlim sahələrində əməkdaşlığımız davam edir. İnşallah, bu məsələlərdə qardaşlarımız üçün əlimizdən gələni edəcəyik. Haqlı mübarizələrində sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İran daima Dağlıq Qarabağda saxta dövlətin yaradılmasına qarşı çıxıb” –

Sonrakı məqalə

Banklar Qarabağ müharibəsi iştirakçılarının kredit borcu ilə bağlı bəyanat yayıb –