“Qarabağdakı 10 min erməni hərbçisi tərksilah olunmalıdır” –CEYHUN BAYRAMOV

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb.

Ermənistan Baş naziri Nikol Paşinyanın 2 Sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin “seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.

Əvvəlki məqalə

Ceyhun Bayramov İranın XİN başçısı ilə regionda vəziyyəti müzakirə edib

Sonrakı məqalə

30 il ərzində ölkədə 3900 vətəndaşımız itkin düşüb