Qarabağdakı separatçı rejim “parlamenti” Şuşaya köçürür –Paşinyandan növbəti siyasi avantüra

Dağlıq Qarabağın separatçı rejimi yeni bir avantüraya əl atmaq niyyətini açıqlayıb.

Azpost.info bildirir ki, qondarma rejim özünün “parlamentini” Şuşaya köçürməyi planlaşdırır. Bu barədə bu gün Şuşada keçirilən separatçı üsul-idarənin qondarma “andiçmə”sində “prezident” elan olunmuş Araik Arutyunyan çıxışında bəyan edib.  O deyib ki, “parlament”i Xankəndindən Şuşaya köçürmək istəyir: “Bu istiqamətdə addım atılacaq”-deyə qondarma “rəhbər” bildirib.

Şuşanı yeni siyasi mərkəzə çevirmək cəhdi bir daha Ermənistanın avanturist cəhdini nümayiş etdirir. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan Dağlıq Qarabağ danışıqlarında Şuşa şəhəri ciddi müzakirə obyektidir. Bu danışıqlar yekunlaşmamış Ermənistanın belə həyasız davranışı bir daha danışıqlarda tutduğu pozucu mövqeyini göstərir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Şuşa Azərbaycanın ayrılmaz və qədim şəhəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Azərbaycanda 6887 nəfər koronavirus testindən keçib –

Sonrakı məqalə

Xaçmazda 3 nəfər sahibsiz itin hücumuna məruz qalıb –