“Qarabağdakı sülhməramlıların səlahiyyətləri tərəflər arasında həll olunmalıdır” –Rusiyadan mühüm açıqlama

“Dağlıq Qarabağla bağlı verilən bütün bəyanatlar başlıca məqsədə nail olmaq niyyəti daşımalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, həm münaqişə tərəflərinin, həm də regional və regiondan kənar oyunçuların Dağlıq Qarabağla bağlı verdiyi bütün bəyanatların əsas vəzifənin həlli, məhz uzunmüddətli sülh və tamformatlı nizamlanma məqsədi daşımalı olduğunu söyləyib.

“O ki, qaldı Rusiya sülhməramlılarının səlahiyyətlərinə, konkret detallara, yerdəki vəziyyətə, funksional öhdəliklərə, cavabdeh zonalara, bütün bu məsələlər tərəflər arasında işgüzar qaydada həll oluna bilər və həll olunmalıdır. Biz Bakı və İrəvanla mövcud bütün kanallarla dialoq aparırıq. Ona görə də tərəflərdə meydana çıxan sualları mənə elə gəlir ki, bu əsasda həll etmək lazımdır”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Mariya Zaxarova deyib ki, Rusiya mümkün olan hər şeyi edir ki, regionda uzunmüddətli və möhkəm sülh olsun. “Rusiya regionda uzun və möhkəm sülhün yaranması üçün nə mümkündürsə, edir. Biz ondan çıxış edirik ki, münaqişə tərəfləri də bu məqsədlərə istiqamətlənib. Buna nail olmaq üçün Bakı və İrəvanla daim təmasdayıq”, – deyə Rusiya XİN rəsmisi bir neçə gün qabaq Dağlıq Qarabağda Hadrut ərazisində atəşkəsin pozulmasını şərh edərkən vurğulayıb.

M. Zaxarova ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı və İrəvana səfərlərində Rusiyanın səfirlər səviyyəsində təmsil olunmasını isə belə şərh edib: “Düşünmürəm ki, Rusiya nümayəndə heyətinin niyə bu cür formalaşdırılmasının detalları açıqlanmalıdır. Bunun səbəbi var. Burada heç bir konspirologiyadan söhbət getmir. Logistika baxımından bunun düzgün olduğunu hesab etdik. Xahiş edirəm ki, burada hansısa siyasi mətnaltı məna axtarmayın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maradonanın ölümü ilə bağlı yeni iddia:

Sonrakı məqalə

Prezident İlham Əliyev Adilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb