Qarabağdan gedən nə qədər şəxs Ermənistan vətəndaşlığı alıb?– Rəsmi açıqlama

Qarabağdan gedən 39 min 650 nəfərə Ermənistan vətəndaşlığı verilib.

Azpost.info bildirir ki, bu barədə Ermənistan Daxili işlər nazirinin müavini Armen Mkrtçyan parlamentin daimi komitələrinin birgə iclasında 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın müzakirəsi zamanı açıqlayıb.

Onun sözlərinə görə, bu ilin 1 yanvarından etibarən Qarabağdan getmiş şəxslərin Ermənistan vətəndaşlığı üçün müraciətlərinin sayında artım müşahidə olunub. Xüsusilə, bu ilin iyun ayının əvvəlinə onların sayı 11.146-ya çatıb. Qarabağdan getmiş  yetkinlik yaşına çatmayanların sayı 28.000 nəfər təşkil edib. “Onlardan təxminən 12.000 nəfəri artıq Ermənistan vətəndaşlığını alıb”, – Mkrtçyan aydınlıq gətirib.

 

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.