“Qarabağ”ın qapısına vurulan top “həftənin ən yaxşı qolu” seçilib

Konfrans Liqasında həftənin qolu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, V turun ən yaxşısı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə bəlli olub.

Ən yaxşı qolun müəllifi adına Jordi Qomes layiq görülüb. Kiprin “Omoniya” klubunun futbolçusu Bakıda “Qarabağ”ın qapısına yol tapıb. O, görüşün 90-cı dəqiqəsində 56 metrdən qapını dəqiq nişan alıb. Şahruddin Məhəmmədəliyevin qapısını tərk etdiyi görən Jordi bu qolla komandasına bir xal qazandırıb.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Biz bunun üçün yığışmışıq, baxaq görək indiyə kimi nə edilib” –

Sonrakı məqalə

Dələduzluğa görə həbs edilən Movsümov Azərbaycana ekstradisiya edilib